BDU əməkdaşları Almaniya və Avstriyada səfərdə olublar

01/12/2014

Bakı Dövlət Universitetinin əməkdaşları Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarəolunması Proqramı” (BDİP) ilə əməkdaşlıq çərçivəsində 23-29 noyabr 2014-cü il tarixləri arasında Almaniya və Avstriyaya səfər edib. Səfərdə Bakı Dövlət Universitetinin prorektoru professor İradə Əliyeva, Ekologiya və Torpaqşünaslıq fakültəsinin dekanı professor Nazim Şamilov, Bioekologiya və Ekoloji kimya kafedralarının rəhbərləri professor Nərminə Sadıqova və professor Sevinc Hacıyeva, dosent Firuzə Sultanzadə iştirak edib.

Səfərin əsas məqsədi ekologiya, ətraf mühit və təbiəti mühafizə sahəsində tədris verən Almaniyanın qabaqcıl universitetləri ilə görüşmək, fikir və təcrübə mübadiləsi aparmaq, eləcə də birgə əməkdaşlıq imkanlarını müzakirə etməkdir. Qeyd edək ki, artıq Avstriyanın Klagenfurt, Almaniyanın Ebesvald və Greisvald Universitetləri, eyni zamanda bir sıra elmi institutların nümayəndə heyəti görüşlər keçirmiş, birgə əməkdaşlıq barədə ilkin danışıqlar aparılmış və konkret istiqamətlər müəyyən edilib. Bundan əlavə nümayəndə heyəti üçün Almaniyanın bir neçə xüsusi mühafizə olunan təbiət ərazilərinə ekskursiya təşkil edilib.

Səfərdə Ekologiya və təbii sərvətlər nazirliyinin, Təhsil nazirliyinin və Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşları da iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Mixail Succov Fondunun və Greisvald Universitetini təşkilatçılığı ilə keçirilən CABNET (Central Asian Biodiversity Network)adlı Konfransda iştirak etmişdir. Konfrans zamanı professor İradə Əliyeva Bakı Dövlət Universitetinin fəaliyyəti barədə geniş təqdimatla çıxış edib.

Mətbuat və informasiya şöbəsi, 02 dekabr 2014-cü il.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024