BDU əməkdaşları Ankara Universitetinin həyətində Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə əkdiyi ağacı ziyarət ediblər

13/11/2023

Türkiyənin Ankara şəhərində Bakı Dövlət Universiteti (BDU) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş "Bir millət, iki dövlət" adlı Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Konfransdan öncə Ulu Öndər Heydər Əliyev tərəfindən 2001-ci il martın 16-da Ankara Universitetinin həyətində, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün heykəlinin yanında əkdiyi ağac ziyarət olunub. Ulu Öndər Heydər Əliyevin Ankara Universitetinin həyətində əkdiyi fidan bu gün uca bir ağaca çevrilib. İki qardaş ölkə arasındakı dostluğun, birgəliyin qüdrəti kimi möhkəm gövdə üzərində qürurla ucalır.

Qeyd edək ki, 2020-ci il dekabrın 14-də ağacın yanında xatirə lövhəsinin açılışı olub. Lövhənin üzərində ağacın əkilmə tarixi və həmin anları xatırladan foto həkk olunub.

Xəbərlər

Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir

Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir
18/07/2025

“Huawei” şirkəti BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib

“Huawei” şirkəti BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib
17/07/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb
17/07/2025