BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb

01/04/2025

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları arasında 27 mart - Azərbaycan Respublikasında "Elm günü"nə həsr olunmuş “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqə Komissiyasının qərarına əsasən, təbiət-dəqiq və texnika elm sahələri üzrə BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin (TİİMM) Ekoloji kimya və ətraf mühitin qorunması elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Kamran Mahmudov I, TİİMM-in Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərov II, BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev III yerə, BDU-nun Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının baş müəllimi Ofeliya Balayeva həvəsləndirici mükafata, humanitar və ictimai elmlər üzrə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının müdiri Fərid Babayev I yerə layiq görülüblər.

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə beş ildir keçirilir. Müsabiqənin məqsədi il ərzində fəal elmi tədqiqat apararaq yüksək nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən BDU əməkdaşlarının mükafatlandırılmasıdır.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026