BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb

27/03/2024

Bakı Dövlət Universitetinin (BDU)  əməkdaşları arasında keçirilən “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqə 27 mart - Azərbaycan Respublikasında "Elm günü"nə həsr olunub.
Müsabiqə Komissiyasının qərarına əsasən, təbiət və dəqiq elmlər üzrə BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin müdiri, dosent Şahin Ağayev I, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev II,  BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Ekoloji kimya və ətraf mühitin qorunması elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Kamran Mahmudov III, humanitar və ictimai elmlər üzrə  İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşunaslıq kafedrasının dosenti Pərviz Kazımi I, Sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov II,  Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının müdiri Fərid Babayev III yerə layiq görülüblər.

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə dörd ildir keçirilir. Müsabiqənin məqsədi il ərzində fəal elmi tədqiqat apararaq yüksək nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən BDU əməkdaşlarının mükafatlandırılmasıdır.

 

 

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026