BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin qalibləri açıqlanıb

29/03/2022

27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqə Komissiyasının qərarı ilə, təbiət və dəqiq elmlər üzrə – BDU-nun nəzdində Tətbiqi-Riyaziyyat ETİ-nin direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev I, Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov II, BDU-nun nəzdində Fizika Problemləri ETİ-nin Nəzəri fizika şöbəsinin müdiri, dosent Şahin Ağayev III yerə, humanitar və ictimai elmlər üzrə – Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Aytəkin Axundova I, Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti  Reyhan Həbibli II, Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müəllimi Zərifə Nəzirli III yerə layiq görülüblər.
Müsabiqədə I yerin qalibləri 2500, II yerin qalibləri 1500, III yerin qalibləri isə 1000 manat pul mükafatı və diplomla təltif ediliblər.
BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə  iki ildir keçirilir. Müsabiqənin məqsədi il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən BDU-nun əməkdaşlarının mükafatlandırılmasıdır.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025