BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə

17/02/2022

BAKI DÖVLƏT UNİVERSİTETİ

27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edir

Bakı Dövlət Universitetində (BDU) 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş və mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin məqsədi il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan BDU-nun əməkdaşlarının mükafatlandırılmasıdır.

 

Müsabiqə qaliblərinin mükafatlandırılması:

Müsabiqə üzrə qaliblər aşağıdakı nominasiyalar üzrə “İlin alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:

 

1-ci yer:

  • Təbiət elmləri və dəqiq elmlər üzrə – 1 nəfər (2 500 manat);
  • Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (2 500 manat).

2-ci yer:

  • Təbiət elmləri və dəqiq elmlər üzrə – 1 nəfər (1 500 manat);
  • Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 500 manat).

3-ci yer:

  • Təbiət elmləri və dəqiq elmlər üzrə – 1 nəfər (1 000 manat);
  • Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 000 manat).

 

Müsabiqənin keçirilmə müddəti:

1.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2022-ci il 16 fevral tarixindən başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur;

2.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2022-ci il 15 mart saat 17:00-dır.

Müsabiqəyə sənədlərin təqdim olunması:

1.  İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinə (elektron formada isə
elm-innovasiyalar@bsu.edu.az ünvanına) təqdim etməlidirlər.

2.  Müsabiqədə yalnız BDU-nun əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.

3.  Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həm-müəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılmasına elmi işi müsabiqəyə təqdim edən iddiaçı məsuliyyət daşıyır.

4.  Bu müsabiqə çərçivəsində mükafatlandırılmış iddiaçı cari ildə BDU üzrə elan ediləcək digər analoji müsabiqələrdə iştirak edə bilməz.


Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər və elektron daşıyıcılar bir qayda olaraq geri qaytarılmır.


Əlavə məlumat üçün:

Tel: (+994 12) 538 60 63

E-mail: elm-innovasiyalar@bsu.edu.az

Müsabiqəyə təqdim olunan iddia sənədlərinin qiymətləndirilməsi meyarları

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024