BDU əməkdaşları beynəlxalq qrant müsabiqəsinin qalibi olublar

24/10/2020

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən “Türk Dünyası Araşdırmaları” məqsədli beynəlxalq qrant müsabiqəsinin Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ilə birgə  keçirilmiş Azərbaycan-Türkiyə (“AzTürk-1”) beynəlxalq qrant alt-müsabiqəsinin qalibi olublar. Elmin İnkişafı Fondunun TÜBİTAK-la birgə elan etdiyi müsabiqəyə təqdim olunan 9 layihədən ikisi yüksək qiymətləndirilib. Bunlardan biri Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti,  Türkiyənin Yıldız Texniki Universitetinin və Atatürk Universitetinin alimlərinin təqdim etdiyi layihə olub.

Azərbaycanlı və türkiyəli alimlər “Yeni peptid əsaslı antimikrobial agentlərin dizaynı və in vitro/in vivo öyrənilməsi (№ EIF-BQM-5-AzTurk-1-2018-2(32)-410)” mövzusunda layihə ilə müsabiqədə qalib olublar. Layihənin rəhbəri Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının professoru Ülviyyə Həsənovadır.

Layihə heyətinə Bakı Dövlət Universitetindən elmi işçilər Sərvinaz Hacıyeva, İlahə Həsənova, Əlibala Əliyev, Azərbaycan Tibb Universitetindən Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov və ETM-in Elektron Mikroskopiya şöbəsinin elmi işçisi Fuad Rzayev daxildir.

Layihədə tərkibində peptid qalığı olan taclı efirlərin və antimikrobial peptid ilə modifikasiya olunmuş taclı efirlərin maqnit xassəli dəmir oksid (Fe3O4) nanohissəcikləri və biouyumlu polimer (PHPMA) ilə komplekslərin əsasında yeni antimikrobial agentlərin dizaynı, əldə edilən nanosupramolekulyar strukturların in vivo/in vitro tədqiq ediləcək.

 

Xəbərlər

BDU-nun dosenti Məti Bayramlı Qazaxıstan Prezidenti tərəfindən təltif edilib

BDU-nun dosenti Məti Bayramlı Qazaxıstan Prezidenti tərəfindən təltif edilib
30/06/2026

BDU “Breyn-rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub

BDU “Breyn-rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub
30/06/2026

BDU və Beynəlxalq Türk Akademiyasının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr etdiyi kitabların təqdimatı olub

BDU və Beynəlxalq Türk Akademiyasının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr etdiyi kitabların təqdimatı olub
30/06/2026