BDU əməkdaşları DIRNA layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak ediblər

09/12/2024

 

Bakı Dövlət Universitetinin (BDU) tərəfdaş, Xəzər Universitetinin koordinator olduğu “Erasmus+KA2” proqramının Avropa Komissiyası tərəfindən maliyyələşən “Azərbaycanda İnstitusional Repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) adlı layihə çərçivəsində “Açıq giriş və elm diplomatiyası” adlı tədbir keçirilib. Açıq elm, açıq giriş və institusional arxivlərə həsr olunan toplantıda BDU-nu beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov və Elmi Kitabxananın direktoru, DIRNA layihəsinin BDU üzrə rəhbəri Nigar İsmayılova təmsil ediblər.

Tədbirdə  Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı DIRNA layihəsinin əhəmiyyəti və faydaları,  Kitabxana İnformasiya Mərkəzinin direktor müavini Aytac Misgərli isə onun mahiyyəti, məqsədi, fəaliyyəti və  başlandığı dövrdən bu günə qədər görülən işlər haqqında ətraflı məlumat verib.

Daha sonra "Açıq giriş və elm diplomatiyası" adlı mövzuda İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru, professor Yusuf Baranın təqdimatı dinlənilib. Rektor çıxışında elm siyasəti, onun mahiyyəti, yerli və bəşəri problemlərin həllində rolu barədə məlumat verib.

İzmir Yüksək Texnologiyalar İnstitutunun kitabxana direktoru Gültekin Gürdal isə “Araşdırmanızın sərhədlərini aşın: açıq giriş ilə fərq yaradın” mövzusundakı təqdimatında elmi araşdırmaların hər kəsə əlçatanlığının mümkünlüyü, süni intellektin elmi araşdırmalardakı rolundan bəhs edib.

Xəbərlər

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub
09/07/2026

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir
09/07/2026

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib
09/07/2026