BDU əməkdaşları “Huawei”in süni intellekt üzrə beynəlxalq təlim proqramında iştirak edirlər

21/05/2025

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları 19-23 may tarixlərində “Huawei” şirkəti tərəfindən təşkil olunan beynəlxalq onlayn təlim proqramında iştirak edirlər. Proqram çərçivəsində iştirakçılar süni intellekt sahəsində aparıcı beynəlxalq sertifikasiya olan HCIA-AI (Huawei Certified ICT Associate – Artificial Intelligence) kursuna hazırlıq keçirlər.

Təlimlərin əsas məqsədi süni intellekt sahəsində ixtisaslaşmış təlimçi kadrların hazırlanmasıdır. HCIA-AI kursu maşın öyrənməsi və dərin öyrənmə alqoritmləri vasitəsilə süni intellekt məhsullarının yaradılması, optimallaşdırılması və onların innovativ tətbiqinə dair nəzəri və praktiki biliklərin aşılanmasını nəzərdə tutur.

Proqramda iştirak edən BDU əməkdaşları gələcəkdə Universitetdə bu kursun tədrisini həyata keçirmək öhdəliyi ilə seçiliblər. Bu təşəbbüs BDU-nun tədris prosesinə müasir texnologiyaların inteqrasiyası və qabaqcıl texnologiya şirkətləri ilə strateji əməkdaşlığının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Təlimlər nəticəsində əldə olunacaq bilik və bacarıqlar BDU-da süni intellektin tətbiqinə dair yeni yanaşmaların formalaşmasına, innovativ tədris modellərinin inkişafına və rəqəmsal transformasiya istiqamətində atılan addımların gücləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, proqramın təşkilati və metodoloji dəstəyi BDU-nun Keyfiyyət Təminatı Mərkəzi və İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən həyata keçirilir.

Xəbərlər

Azərbaycan ədəbiyyatının ölməz simvollarından biri - Bəxtiyar Vahabzadə

Azərbaycan ədəbiyyatının ölməz simvollarından biri - Bəxtiyar Vahabzadə
16/08/2025

BDU-da Pakistan səfiri və NUST Universitetinin rəsmisi ilə görüş

BDU-da Pakistan səfiri və NUST Universitetinin rəsmisi ilə görüş
15/08/2025

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır
14/08/2025