BDU əməkdaşları Çində beynəlxalq təlim-seminarda iştirak ediblər

01/06/2026

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva və Multimedia və elektron kommunikasiya kafedrasının dosenti Arzu İsayeva Çin Xalq Respublikasında fəaliyyət göstərən Çin Xarici İqtisadi Ticarət Universiteti tərəfindən təşkil olunan “Təhsildə innovasiyalar və süni intellekt” mövzusunda beynəlxalq təlim-seminarda iştirak ediblər.

Təlim proqramı çərçivəsində süni intellekt texnologiyalarının təhsil sistemində tətbiqi, ali təhsilin rəqəmsal transformasiyası, innovativ tədris metodları, müasir təhsil modelləri və rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası ilə bağlı təqdimatlar keçirilib.

Seminar zamanı süni intellektin tədris keyfiyyətinin yüksəldilməsi, fərdiləşdirilmiş təhsil imkanlarının genişləndirilməsi və təhsil idarəçiliyinin təkmilləşdirilməsindəki rolu ətraflı müzakirə olunub. Müzakirələrdə təhsil sistemində baş verən qlobal dəyişikliklər, rəqəmsallaşmanın yaratdığı yeni imkanlar və süni intellektin ali təhsilin gələcəyinə təsiri diqqət mərkəzində olub.

Tədbirdə süni intellektin sürətli inkişafı fonunda müəllim və tələbələrin yeni rəqabət mühitində qarşılaşdığı çağırışlar, əmək bazarında gözlənilən dəyişikliklər və peşələrin transformasiyası məsələləri də təhlil edilib. Qeyd olunub ki, texnoloji tərəqqiyə baxmayaraq, yaradıcılıq, tənqidi təfəkkür, etik məsuliyyət, kommunikasiya bacarıqları və emosional intellekt kimi keyfiyyətlər insan faktorunun əhəmiyyətini qoruyub saxlayır.

Bildirilib ki, gələcəyin təhsil modelində müəllimin istiqamətləndirici, tələbənin isə yaradıcı və təşəbbüskar rolu daha da aktuallaşır. Təlim iştirakçıları Çin universitetlərinin innovativ təhsil təcrübələri ilə yaxından tanış olub, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində beynəlxalq əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Seminar çərçivəsində keçirilən görüşlər təhsil və elmi tədqiqat sahələrində yeni əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Xəbərlər

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026