BDU əməkdaşları KOBİA-nın keçirdiyi 5-ci qrant müsabiqəsinin qalibidirlər

04/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov və Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi, Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun dissertantı  Sara Rəhimzadə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilən 5-ci qrant müsabiqəsinin qalibi olublar.

İlyas Nəsibovun “Clean-Charge” layihəsinin əsas məqsədi elektrik mənbəyi olmasa belə, “yaşıl enerji” hesabına elektromobillərin (EM) sürətli şarjının təmin olunmasıdır. Bu məqsədlə yaradılacaq şarj stansiyası təqdim etdiyi özəlliklər ilə sürücülərin yaşadığı bir çox problemləri həll edəcək. EM-ləri ev şəraitində, şəhərdaxili, şəhərlərarası yollarda və elektrik xətləri olmayan ərazilərdə sürətli şarjla təmin edə bilən bu sistem analoqları ilə müqayisədə daha əlçatan, təhlükəsiz, təbiətin və büdcənin “dostu” olacaq.

Sara Rəhimzadənin “Ağıllı Suvarma Texnologiyasının (SmAgTech) yaradılması” layihəsinin əsasında kiçik maliyyəli və yüksək keyfiyyətə malik ağıllı suvarma texnologiyasının yaradılması, onun praktiki fəaliyyətinin araşdırılması planlaşdırılıb.

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 5-ci qrant müsabiqəsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, layihələrin mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.

Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından öyrənmək mümkündür: https://smb.gov.az/az/nav/qrant

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılışı
26/07/2025

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub

BDU-nun Hüquq fakültəsinin 12 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub
25/07/2025

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir

BDU-nun iki məzunu beşinci “Yüksəliş” müsabiqəsinin qalibidir
25/07/2025