BDU əməkdaşları üçün Ankara Universitetində təlim

15/03/2024

Türkiyənin Ankara Universiteti tərəfindən Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları üçün təlim proqramlarına başlanılıb.

BDU və Ankara Universiteti arasında imzalanmış akademik əməkdaşlıq protokolu çərçivəsində həyata keçirilən təlimlərdə iştirak etmək üçün Universitetin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyasının müdiri Qumru Hüseynova və elmi işçisi Elvira Təhməzli Ankara Universitetinə ezam olunublar.

Onlar Ankara Universitetinin Tibb fakültəsinin Eksperimental heyvanlar və tədqiqat laboratoriyasında və Kənd təsərrüfatı fakültəsinin Kənd təsərrüfatı maşınları və texnologiyaları Mühəndisliyi kafedrasında keçirilən təlimlərdə iştirak edəcəklər.

BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşlar üçün təlimlər davamlı olaraq təşkil ediləcək.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026