BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib

21/10/2026

Bakı Dövlət Universitetinin (BDU) inzibati heyəti və tədrisin təşkilində iştirak edən əməkdaşları üçün tədris prosesinin idarə olunması və mövcud qanunvericiliyin tələblərinə dair təlim təşkil edilib. Təlimin əsas məqsədi struktur bölmə əməkdaşlarının peşəkar səriştələrinin inkişaf etdirilməsi və idarəetmədə innovativ yanaşmaların tətbiqidir.

Təlimdə BDU-nun Tədris prosesinin idarə olunması şöbəsinin müdiri Fərhad Aydınlı ali təhsil sahəsində qüvvədə olan qanunvericilik aktları, normativ-hüquqi sənədlər və onların tədrisdə tətbiqi məsələlərindən bəhs edib. Şöbə müdiri tələbələrin akademik bərpası, xaric edilməsi, təhsilalma formasının dəyişdirilməsi, akademik məzuniyyət və borcların aradan qaldırılması kimi inzibati prosedurlarda qanunvericiliyin düzgün tətbiqinin önəmini diqqətə çatdırıb.

Sessiyada fakültələrdə sənədləşmənin düzgün aparılması, tələbə müraciətlərinə baxılması, qərarların normativ sənədlərə əsaslandırılması, həmçinin fakültələr və universitetin aidiyyəti struktur bölmələri arasında koordinasiyanın gücləndirilməsi kimi praktiki məsələlər müzakirə olunub.

İnteraktiv keçən təlimdə real iş prosesində rast gəlinən müxtəlif situasiyalardan nümunələr gətirilib, hüquqi istinadlar və qərarların qəbulu ardıcıllığı iştirakçılarla birlikdə təhlil edilib.

Sonda əməkdaşların sualları cavablandırılıb.

 

Xəbərlər

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib
21/10/2026

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib
21/10/2026

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026