BDU əməkdaşları Qazaxıstanda “CDIO ARM 2026” beynəlxalq təlim-seminarında iştirak ediblər

02/10/2026

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzinin direktoru İsmayıl Zeynalov və İnformasiya Texnologiyaları Mərkəzinin əməkdaşı Nihat Qəribli Qazaxıstan Respublikasının Öskəmən şəhərində keçirilən “CDIO Asian Regional Meeting 2026 (CDIO ARM 2026)” beynəlxalq təlim-seminarında iştirak ediblər.

D. Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universitetinin ev sahibliyi etdiyi tədbir “Yeni nəsil mühəndislik: akademiya, sənaye və süni intellektin yeni triadası” mövzusuna həsr olunub. Mərkəzi Asiyada ilk dəfə təşkil olunan təlim-seminarda 15 ölkədən 50-dən çox nümayəndə iştirak edib.

Qeyd edək ki, CDIO mühəndislik təhsili sahəsində dünyanın 200-dən çox ali təhsil müəssisəsini birləşdirən beynəlxalq təşəbbüsdür.

Təlim-seminar çərçivəsində BDU əməkdaşları “Diaqnostikadan fəaliyyətə: universitetin sahibkarlıq ekosisteminin CDIO vasitəsilə transformasiyası” mövzusunda dəyirmi masa və təcrübə mübadiləsi sessiyalarında iştirak ediblər. Dəyirmi masa zamanı tələbə ideyalarının prototipləşdirilməsi və sınaq mərhələsinə çatdırılması imkanları müzakirə olunub.

Təcrübə mübadiləsi sessiyalarında isə təhsildə süni intellektin tətbiqi və ali təhsildə süni intellektdən məsuliyyətli istifadə, CDIO yanaşmasının ABET akkreditasiya standartları ilə uyğunlaşdırılması, eləcə də universitet-sənaye tərəfdaşlığı ilə bağlı təqdimatlar dinlənilib.

Səfər çərçivəsində müxtəlif universitetlərin nümayəndələri ilə görüşlər keçirilib, ali təhsildə mühəndislik və innovasiya istiqamətləri üzrə fikir və təcrübə mübadiləsi aparılıb.

 

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026