BDU əməkdaşları İzmir Yüksək Texnologiya İnstitutunda elektron arxivlər şəbəkəsinin yaradılmasına dair beynəlxalq təlimdə

21/11/2023

 

Bakı Dövlət Universitetinin (BDU) tərəfdaş, Xəzər Universitetinin koordinatoru olduğu Avropa İttifaqının "Erasmus + KA2" proqramı çərçivəsində maliyyələşdirilən “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişafı” (DIRNA) adlı layihənin ilk təlim-treninqi Türkiyədə İzmir Yüksək Texnologiya İnstitutunda (İYTİ) keçirilib.

Türkiyə, İtaliya və Finlandiya universitetlərinin təcrübəsi əsasında Azərbaycanın 8 ali təhsil müəssisəsində hamıya əlçatan institusional repozitoriyalar (elektron arxivlər) şəbəkəsinin yaradılması məqsədi daşıyan layihə çərçivəsindəki təlim 3 gün davam edib.

Təlimin ilk günü İzmir Yüksək Texnologiya İnstitutunun prorektoru Alper Babanın İYTİ-nin tədqiqat infrastrukturlarının tanıtımına dair təqdimatı ilə başlayıb. Daha sonra GCRIS sisteminin texniki imkanları, İzmir Yüksək Texnologiya İnstitutunun kitabxanası və beynəlxalq əlaqələri haqqında təqdimatlar edilib.

Təlimin ikinci günündə İYTİ Texnoparkı ziyarət edilib və baş direktor Metin Tanoğlu ilə görüş keçirilib. Daha sonra "Məlumatların idarə edilməsi", "Avropa açıq elm buludu (EOSC) və OpenAIRE" mövzusunda təqdimatlar dinlənilib.

Təlimin son günü İzmir Yüksək Texnologiya İnstitutunun rektoru Yusuf Baran Azərbaycandan olan layihə komandasını qəbul edib. Görüşdə layihə çərçivəsində Yay Məktəbinin Azərbaycanda keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

BDU üzrə layihənin əlaqələndirici nümayəndəsi Nigar İsmayılova və layihə meneceri Cəmilə Yusifova təlimdə iştirakları ilə mövcud təcrübəni öyrənərək BDU-da institusional repozitoriyanın yaradılması işinə tətbiq edəcəklər.

Xəbərlər

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov
17/12/2025

BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək

BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək
17/12/2025

BDU Çinin Hefei şəhərindəki Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirib

BDU Çinin Hefei şəhərindəki Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirib
17/12/2025