BDU əməkdaşlarına Təhsil Nazirliyinin təltifləri təqdim olunub

16/06/2022

Bakı Dövlət Universitetinin (BDU) Təhsil Nazirliyi tərəfindən təltiflərə layiq görülmüş əməkdaşlarına mükafatlar təqdim edilib.

Tədbirdə çıxış edən Universitetin rektoru Elçin Babayev bildirib ki, təhsil naziri Emin Əmrullayevin əmri ilə yüksəkixtisaslı kadrların hazırlanmasında uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə BDU-nun 6 əməkdaşı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, bir əməkdaşı isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.

Rektor təltiflərə layiq görülən Universitet əməkdaşlarını təbrik edib, onların hər birinin BDU-nun fəaliyyətində böyük rolunun olduğunu vurğulayıb.

Daha sonra rektor Elçin Babayev BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Cahangir Məmmədliyə  “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”nı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Təhsin Mütəllimova, Sosiologiya kafedrasının məsləhətçi-professoru İzzət Rüstəmova, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanovaya, Beynəlxalq münasibətlər kafedrasının müdiri Ağalar Abbasbəyliyə və Milli mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqubluya “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanlarını təqdim edib.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026