BDU əməkdaşlarının məqaləsi Q2 kvartil kateqoriyalı jurnalda dərc edilib

13/06/2022

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Kondensə olunmuş hal fizikası şöbəsinin əməkdaşları Namiq Dərvişov və Vidadi Bağıyevin  “NaBi(WO4)2 monokristallarında  qadağan olunmuş zonanın temperaturdan asılılıgı” (“Temperature dependent bandgap in NaBi(WO4)2 single crystals”) adlı məqaləsi Q2 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan, İF=2,44 olan “Optik” jurnalında (Optik Volume 258, May 2022, 168811) dərc edilib.

Məqalədə çoxralski üsulu ilə yetişdirilmiş NaBi(WO4)2 mono kristalının optik xassələri tədqiq edilib. Rentgen şüalarının diffraksiyası ilə aparılan tədqiqatlar bu kristalın şeelit tetraqonal quruluşlu olmasını göstərib. Kristalın optik xassələri 10-300 K temperatur  intervalında  tədqiq olunub. Temperaturun azalması ilə udulma kənarının daha yüksək enerjilərə tərəf sürüşməsi müşahidə edilib. K. Varşni modeli nəzərə alınmaqla qadağan olunmuş zonanın temperaturdan asılılığı tədqiq edilib. Təcrübi nəticələrə əsasən, 0 K-də qadağan olunmuş zonanın eni, onun temperaturdan dəyişmə sürəti və Debay temperaturu (Eg(0) = 3,61 eV, γ = − 8,83 × 10− 4 eV/K və β = 456 K) təyin olunub.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar: https://doi.org/10.1016/j.ijleo.2022.168811

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026