BDU əməkdaşlarının yeni dərs vəsaiti nəşr olunub

08/07/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının dosenti Rəşad Qardaşov və həmin kafedranın saathesabı qaydada müəllimi Aysel Həsənovanın həmmüəllifi olduqları dərs vəsaiti nəşr edilib. BDU Elmi Şurasının qərarı ilə nəşr edilməsi tövsiyə olunan “Kitabxana kataloqları” adlı kitabın ixtisas redaktoru dosent Sevda Xələfova, rəyçiləri professor Xəlil İsmayılov, dosent Solmaz Sadıqova, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədovdur.

Dərs vəsaitində kitabxana kataloqlarının növləri və onların tərtibi metodikası, kataloqlaşdırma işində biblioqrafik təsvirin yeri, kataloqlaşdırmaya dair dünya standartları kimi məsələlər öz əksini tapır.

Dərs vəsaiti “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil tələbələr, gənc tədqiqatçılar və sahə mütəxəssisləri üçün nəzərdə tutulub.

 

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026