BDU əməkdaşının “Azərbaycan dilində psixologiya terminlərinin linqvistik təhlili” adlı monoqrafiyası nəşr olunub

10/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Ramil Bayramovun “Azərbaycan dilində psixologiya terminlərinin linqvistik təhlili” (Bakı: “Füyuzat”, 2024, 220 səh.) adlı monoqrafiyası işıq üzü görüb.

Üç fəsildən ibarət olan monoqrafiyada Azərbaycan dilində mövcud olan psixologiya terminləri ilk dəfə sinxron və diaxron planda, nəzəri və praktik aspektdə araşdırılıb. Psixologiya terminlərinin Azərbaycan dilinin terminoloji sistemində yeri müəyyənləşdirilib, onların dildə işlənmə tarixi, semantik özəllikləri, yaranma üsulları konkret nümunələrlə əsaslandırılıb, əcnəbi psixologiya terminlərinin mənşəyi, dilə daxilolma səbəbləri, mənimsənilmə prosesi və unifikasiya məsələsi tədqiq olunub.

Monoqrafiyanın elmi-nəzəri müddəalarından terminologiya ilə bağlı aparılacaq elmi tədqiqat işlərində, terminologiyaya və psixologiyaya aid dərslik, dərs vəsaiti və monoqrafiyaların yazılması, terminoloji lüğətlərin hazırlanmasında istifadə oluna bilər. Bu tədqiqat işindən ali və orta ixtisas məktəblərinin müvafiq ixtisaslarında leksikologiya, leksikoqrafiya, terminologiya və psixologiyaya dair fənlərin tədrisi zamanı tələbə, magistrant və doktorantlar yararlana bilərlər.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026