BDU müəlliminin həmmüəllif olduğu “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” metodiki vəsaiti nəşr olunub

10/09/2021

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət İmtahan Mərkəzi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və Bakı Dövlət Universitetinin (BDU) birgə hazırladıqları “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” metodik vəsaiti nəşr olunub. Metodik vəsaitin müəllifləri BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədr müavini Elgün Səfərov, Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov və BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Gender və tətbiqi psixologiya kafedrasının müəllimi, gender bərabərliyi üzrə ekspert Nigar Səfərovadır.

Beynəlxalq təcrübə əsasında hazırlanmış kurikulum “Konseptual mövqe”, “Kurikulumun məqsədləri, prinsipləri və məzmunu”, “Dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsi” adlı üç fəsildən və “Kurikulumun icrasının təmin edilməsi ilə bağlı tövsiyələr”dən ibarətdir.

“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun, eləcə də “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” BMT Konvensiyasının müvafiq bəndlərinin icrası məqsədilə hazırlanan Kurikulum bu sahədə yaxşı təcrübənin formalaşdırılması, səmərəli idarəçilikdə gender bərabərliyinin daha yaxşı təşviq edilməsi, dövlət qulluğuna qəbul zamanı sualların gender analizinin aparılması, dövlət qulluqçularının gender bərabərliyi sahəsində təlimatlandırılması və gender məsələlərinə dair həssaslığın artırılması, dövlət qulluğu sistemində gender bərabərliyinin təmin edilməsi sahəsində bərabər imkanlar, iş yerində cinsi qısnama hallarının aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə onların məlumatlandırılması və digər məsələlər baxımından əhəmiyyətlidir.

Kurikulum əhatə etdiyi məsələlərin genişliyi və əhəmiyyəti baxımından dövlət qulluğu sistemində rəhbər və digər vəzifələrdə gender bərabərliyinin təmin edilməsinə mühüm töhfə verəcəkdir. Vəsait dövlət qulluqçuları, bələdiyyələr, ali məktəb tələbələri, müvafiq fənləri tədris edən müəllimlər, elmi işçilər, hüquqşünaslar, ümumiyyətlə, dövlət idarəçiliyində gender məsələsi ilə maraqlananlar üçün faydalı informasiya mənbəyidir.

Xəbərlər

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş
24/04/2024

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”

BDU tələbələri üçün təlim: “Ailə milli-mənəvi dəyərlərin əsas daşıyıcısı kimi”
24/04/2024

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
24/04/2024