BDU müəllimləri Avstriyada mübadilə proqramında iştirak edib

11/10/2016

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMDP) dəvəti ilə Bakı Dövlət Universitetinin müəllimləri Məhəmməd Quluzadə və Sara Hüseynova Vyana şəhərində keçirilmiş mübadilə proqramında iştirak ediblər. Proqram çərçivəsində Avstriyanın sabiq xarici işlər naziri, İCMDP-in prezidenti, Avstriya və Polşa Daxili İşlər Nazirliyi, Avstriya Xarici İşlər Nazirliyi, BMTQAK-ın Avstriya ofisi, Avstriya İnteqrasiya Fondu və digər qurumlarda görüşlər keçirilib.

BDU-nu təmsil edən müəllimlərin təqdimatında Azərbaycanda qaçqın və miqrant problemindən bəhs edilib və erməni təcavüzü nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünün problemlərinin həlli sahəsində Azərbaycan təcrübəsi haqqında ətraflı məlumat verilib. Təqdimat son iki ildə qaçqın axını ilə üzləşən ölkə kimi Avstriya rəsmiləri tərəfindən böyük maraqla qarşılanıb.

Mətbuat və informasiya şöbəsi, 11 oktyabr 2016-cı il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”

BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”
04/06/2026

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü elan edir

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü elan edir
04/06/2026

BDU-da çöl-tədris təcrübələri başlayıb

BDU-da çöl-tədris təcrübələri başlayıb
04/06/2026