BDU müəllimləri Türkiyədə beynəlxalq konqresdə çıxış ediblər

30/11/2018

30 oktyabr-03 noyabr tarixlərində Türkiyənin Alanya şəhərində DTI Universiteti, Alanya Alaaddin Keykubat Universiteti, Alanya HEP Universiteti, Amasya Universiteti və Konya Qida və Tarım Universiteti, Alanya Bələdiyyəsi işbirliyi ilə IY.INES Təhsil və sosial elmlər (ESS - 2018) Beynəlxalq Konqres  keçirilib.

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının doseni, s.ü.f.d. Yaqut Əliyeva “Müasir dövrdə uşaq tərbiyəsində aktual məsələlər” adlı məruzə edib. O,  konfransın plenar iclasını aparıb və Təşəkkürnaməyə layiq görülüb.

Dosent Yaqut Əliyeva və adıçəkilən kafedranın müəllimi, s.ü.f.d.Sevinc Əliyeva panel iclasda Qloballaşma dövründə Azərbaycan cəmiyyətində uşaq tərbiyəsinin mövcud məsələləri: Sosioloji təhlil” adlı məruzələri ilə çıxış edərək sertifikatla təltif olunublar. Onlar konqresin təşkilat heyətində elmi heyətin üzvü seçiliblər.

Qeyd edək ki, BDU təmsilçilərinin təqdim etdikləri məqalə və tezislərin konfransın materiallarında və Türkiyənin tanınmış elmi jurnalların birində çap olunacağı nəzərdə tutulur.

Mətbuat və informasiya şöbəsi, 30 noyabr 2018-ci il.


Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026

BDU-da “Açıq qapı” günləri davam edir

BDU-da “Açıq qapı” günləri davam edir
04/08/2026