BDU Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Təhsil sərgisi"ndə təmsil olunur

20/05/2023

Astarada Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə "Təhsil festivalı”  təşkil olunub.
Elm və Təhsil Nazirliyi, yerli icra hakimiyyətləri, regional təhsil idarələri, ali və peşə təhsili müəssisələri, nəşriyyatlar, regional mədəniyyət idarələri, özəl sektor və ölkə üzrə təhsilin inkişafı üçün digər maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılması məqsədilə təşkil olunan festivalda elm və təhsil naziri Emin Əmrullayev, təhsil müəssisələri və nəşriyyat rəhbərləri, millət vəkilləri, yazıçılar, müəllimlər, şagirdlər, valideynlər olmaqla ümumilikdə 5000-dən artıq izləyici iştirak edir.
Bakı Dövlət Universiteti (BDU) da festivalda son illərdə qazandığı təhsil-elm nailiyyətləri ilə təmsil olunur. BDU-nun stendində Universitetin "TEKNOFEST-2023" festivalında qalib gəlmiş ixtiraları, son illərdə dərc edilmiş dərsliklər, elmi məqalə topluları, "Celestron - Schmidt Cassegrain" teleskopu nümayiş olunur.
Eyni zamanda, sərgidə 3D printer vasitəsilə BDU Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin heyəti tərəfindən dizayn edilmiş Dəmir Yumruq modelinin, teleskop vasitəsilə Günəş üzərində olan ləkələrin təqdimatı həyata keçirilib.
BDU-nun stendi ilə tanış olan elm və təhsil naziri Emin Əmrullayev Universitetin TEKNOFEST komandalarını bir daha təbrik edib, onlara uğurlar arzulayıb.

 

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024