BDU məzununun yeni kitabı işıq üzü görüb

09/08/2021

BDU-nun Bilologiya fakültəsinin 2021-ci il məzunu Dürdanə Rəcilinin müəllifi olduğu “Bitkiləri öyrənirəm” seriyasından ilk kitabı işıq üzü görüb.

Pomidor haqqında maarifləndirici və faydalı məlumatlar toplanmış kitabda bələdçi dost vasitəsi ilə uşaqlarda təbiətə maraq yaratmaq və canlı aləm mövzusunda biliklərini artırmaq üçün faydalı məlumatlar təqdim olunur. Pomidorun faydaları, tarixçəsi kimi öyrədici bölmələrlə yanaşı "Rəngləmə", "Sağlam əyləncə" kimi bölmələr uşaqların sağlam və əyləncəli vaxt keçirməsini üçün nəzərdə tutulmuşdurr.

Kitabda uşaqlar üçün pomidorun faydaları, günümüzə qədər necə gəlib çatması ilə bərabər onun yetişdirilməsi və eləcə də inkişaf mərhələləri haqqında məlumat əldə edə biləcəklər. “Bitkiləri öyrənirəm” seriyası üzrə Dürdanə Rəcilinin müəllifliyi ilə gələcəkdə nəşr olunacaq kitablar Biologiya elminin digər sahələrini əhatə edəcək və müxtəlif xarici dillərə tərcümə olunacaqdır.

Kitabdakı rəsmlərin müəllifi Biologiya fakültəsinin IV kurs tələbəsi Məhəmmədəli Məmmədlidir.

Xəbərlər

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib

BDU-da Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05/10/2026

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir

BDU-da “Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” adlı Beynəlxalq fənlərarası seminar keçirilir
05/10/2026

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb
05/10/2026