BDU nümayəndə heyəti Daşkənd Dövlət Şərqşünaslıq Universitetində

27/12/2024

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetində olub.

Səfər zamanı BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Tədrisin təşkili və idarə olunması Mərkəzinin direktoru Elçin Məmmədov və BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri Mirzə Mirzəyev Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rixsiyeva ilə görüşüb.

Görüş zamanı BDU ilə Daşkənd Dövlət Şərqşünaslıq Universiteti arasında 2020-ci ildə imzalanan əməkdaşlıq müqaviləsinin uğurla həyata keçirildiyi vurğulanıb. Qeyd olunub ki, müqavilə çərçivəsində müxtəlif illərdə qarşılıqlı səfərlər, elmi seminarlar, ustad dərsləri keçirilib. Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin nümayəndə heyəti BDU-nun Şərqşünaslıq fakültəsinin 100 illik yubileyi tədbirlərində uğurla iştirak edib.

Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın daha da gücləndirilməsi, beynəlmiləlləşmə proseslərinin sürətləndirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının təşkili, eləcə də ikili diplom proqramlarının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Daha sonra BDU nümayəndə heyəti Universitetin laboratoriya, muzeyləri və ötən il yaradılan Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi ilə tanış olub. Qeyd olunub ki, Azərbaycan xalqının, dövlətçiliyinin tarixində əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəz Azərbaycan dili, tarixi, mədəniyyəti, ədəbiyyatının təbliği məqsədilə yaradılıb.

Xəbərlər

BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinin kitabxanalarına kitablar hədiyyə edib

BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinin kitabxanalarına kitablar hədiyyə edib
14/02/2026

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb
13/02/2026

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib
13/02/2026