BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin Universitet şurasının sədri ilə görüşüb

15/11/2025

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Pekin şəhərində keçirilən Ümumdünya Çin Dili Konqresində Anhui Universitetinin Universitet şurasının sədri Yu Baotao ilə görüşüb.

Görüşdə BDU-nun son illər müasir dövrün tələblərinə uyğun inkişafı istiqamətində həyata keçirilən işlər barədə məlumat verilib, Çin universitetləri ilə əməkdaşlığa xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Xüsusilə BDU, Çin Xalq Respublikası Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında bakalavriatura səviyyəsində "Filologiya" (Çin dili və ədəbiyyatı) ixtisası üzrə birgə ikili diplom proqramına dair üçtərəfli müqavilənin Çin və Azərbaycan arasında təhsil mübadiləsinin təşviqinə, BDU-Anhui Universiteti əməkdaşlığının daha da gücləndirilməsinə töhfə verdiyi bildirilib.

Görüş zamanı Çin dili və ədəbiyyatı ilə yanaşı, digər sahələrdə də qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Nümayəndə heyəti eləcə də Çin Təhsil Nazirliyinin və konqresdə təmsil olunan universitetlərin əməkdaşları ilə müzakirəıər aparıblar.

Xəbərlər

BDU tələbələri üçün təlim: “Biznesdən ticarətə: satınalma necə işləyir?”

BDU tələbələri üçün təlim: “Biznesdən ticarətə: satınalma necə işləyir?”
20/05/2026

BDU-da elmi seminar: “Məktəb kitabxanaları və informasiya savadlılığı”

BDU-da elmi seminar: “Məktəb kitabxanaları və informasiya savadlılığı”
20/05/2026

BDU-da “Fizika və astronomiyanın problemləri” mövzusunda XXVI Respublika elmi konfransı keçirilib

BDU-da “Fizika və astronomiyanın problemləri” mövzusunda XXVI Respublika elmi konfransı keçirilib
20/05/2026