BDU nümayəndə heyəti Ümümdünya Əqli Mülkiyyət Təşkilatının konfransında iştirak ediblər

25/12/2019

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosenti Elvin Əzizbəyov, Jurnalistika fakültəsinin tələbəsi Hacıbaba Mustafayev və Coğrafiya fakültəsinin tələbəsi Tinatin Həsənova Ümümdünya Əqli Mülkiyyət Təşkilatının Cenevrədə yerləşən Baş Qərargahında (İsveçrə) keçirilmiş konfransında iştirak ediblər.

Konfransın əsas məqsədi Ümümdünya Əqli Mülkiyyət Təşkilatı və onun fəaliyyəti ilə tanış olmaq, əqli mülkiyyət hüquqlarının qorunması, patentlərin verilməsi və əmtəə nişanlarının təsis olunması qaydalarını öyrənməkdən ibarət olub.

BDU nümayəndə heyəti konfransın “Ümümdünya Əqli Mülkiyyət Təşkilatının fəaliyyətinə ümumi baxış”, “Əqli mülkiyyət və Beynəlxalq çətinliklər”, “Əqli mülkiyyət və biznes”, “Ümümdünya Əqli Mülkiyyət Təşkilatının Hakimlik və Əlaqələndirmə Mərkəzinin fəaliyyəti”, “Rəqəmsal dövrdə müəlliflik hüququ”, “Beynəlxalq patent qanunu”, “Beynəlxalq əmtəə və nişan hüququ” sessiyalarında və panellərində iştirak edib, Təşkilatın İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üzrə şöbəsinin müdiri Mixal Svantnerin moderatorluğu ilə keçirilən və universitetlər üçün “Əqli mülkiyyət siyasəti”, “Kiçik və orta sahibkarlığa dəstək” adlı dəyirmi masa müzakirələrinə qatılıblar.

Nümayəndə heyətinin iştirak etdiyi sessiyalar və dinlədikləri çıxışlar onların əqli mülkiyyət haqqında daha zəngin məlumat əldə etmələri ilə yanaşı, son dövrlərdə BDU-nun tələbələri və əməkdaşlarının elmi-praktiki nailiyyətlərinin sayının və keyfiyyətinin artması, onların öz nəticələrinin Beynəlxalq müstəviyə çıxarılması istiqamətində olduqca səmərəli olub.

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub
22/05/2026

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”
22/05/2026