BDU nümayəndə heyəti Qazaxıstanın Narxoz Universitetində olub

30/10/2024

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində yerləşən Narxoz Universitetində olub. BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovun, rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərovanın və Narxoz Universitetinin inkişaf və beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Aigerim Raimzhanovanın iştirakı ilə keçirilən görüşdə beynəlmiləlləşmə, elmi tədqiqat və təcrübə mübadiləsi istiqamətdə perspektiv əməkdaşlığa dair müzakirələr aparılıb.

Nümayəndə heyəti son illərdə BDU-da rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində görülmüş işlərə, eləcə də strateji fəaliyyət istiqamətlərinə dair geniş təqdimatla çıxış edib.

Narxoz Universitetinin inkişaf və beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Aigerim Raimzhanova əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün səmərəli olacağını, eləcə də Azərbaycanın ən qədim və böyük universiteti olan BDU ilə əməkdaşlığın gələcəkdə daha yüksək formada inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Xəbərlər

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq
14/09/2026

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar
14/09/2026

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
14/09/2026