BDU nümayəndə heyəti Qırğız Milli Aqrar Universitetinə rəsmi səfər edib

23/12/2024

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Qırğız Milli Aqrar Universitetinə rəsmi səfər edib.

Səfər zamanı BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rauf Həsənov Qırğız Milli Aqrar Universitetinin beynəlxalq əlaqələr və investisiyaların cəlb edilməsi üzrə prorektoru Aijan Tolobekova, Tədris mərkəzinin direktoru Şərabidin Amatovla görüşüblər.

Görüş çərçivəsində iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə aqrar elmlər sahəsində birgə tədqiqatların həyata keçirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının təşkili, eləcə də ikili diplom proqramlarının inkişaf etdirilməsi məsələləri ön plana çıxıb.

BDU nümayəndələri universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış addımlar, keyfiyyət təminatı və rəqəmsallaşma sahəsindəki yeniliklər barədə təqdimat ediblər. Təqdimatda BDU-nun beynəlmiləlləşmə strategiyası və qlobal rəqabət qabiliyyətini artırmaq üçün əldə etdiyi nailiyyətlər xüsusi qeyd olunub.

Qırğız Milli Aqrar Universitetinin rəsmiləri təklif olunan əməkdaşlıq istiqamətlərini yüksək qiymətləndirərək, bu tərəfdaşlığın həm akademik, həm də elmi fəaliyyətlərdə yeni imkanlar yaradacağını vurğulayıblar. Tərəflər birgə layihələrin gələcəkdə daha da genişləndirilməsi və davamlı əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı niyyətlərini ifadə ediblər.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb
19/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Alikamal Həsənin JBMO 2026-da möhtəşəm uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Alikamal Həsənin JBMO 2026-da möhtəşəm uğuru
19/06/2026

BDU-nun əməkdaşı və tələbəsi “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının qalibi olub

BDU-nun əməkdaşı və tələbəsi “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının qalibi olub
19/06/2026