BDU İntellekt Liqasının final mərhələsi başa çatıb

24/12/2025

Bakı Dövlət Universitetində ( BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü, “Apply-Uni” Xaricdə Təhsil Şirkətinin baş sponsorluğu, “Berg” şirkətinin tərəfdaşlığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş BDU İntellekt Liqasının final mərhələsi keçirilib.

Final mərhələsinin sonunda BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov intellektual oyunların tələbələrin analitik düşünmə bacarıqlarının inkişafında, komanda ruhunun formalaşmasında və sosial fəallığın artırılmasında mühüm rol oynadığını vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

19 komandanın mübarizə apardığı final mərhələsində iştirakçılar BDU-nun ən güclü komandası adını qazanmaq və kuboka sahib olmaq uğrunda biliklərini sınayıblar.

Üç mərhələdən ibarət yarışın yekununda “Lusıfır4” komandası I yerə, “Sapientia” komandası II yerə, “Hexateam” komandası isə III yerə layiq görülüb. Qalib komandalar sertifikat və kuboklarla təltif olunublar.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026