BDU nəzdində Konfutsi İnstitutu yeni dərs ilinin açılış mərasimini keçirib

21/09/2015

Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Hu Feng Huanın iştirakı ilə Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnstitutunun yeni dərs ilinin açılış mərasimi keçirilib. Açılış mərasimində Bakı Dövlət Universitetinin prorektoru Nəbi Ramazanlı, Konfutsi İnstitutunun Azərbaycan Milli Elmlər Akademiyasındakı filialının nümayəndəsi, professor Gülər Abdullabəyova, Konfutsi İnstitutunun müəllim-tələbə heyəti və valideynlər iştirak ediblər. Mərasimdə Hu Feng Hua Konfutsi İnstitutunun dörd illik fəaliyyəti haqqında danışıb və yeni tədris ilinin dərs cədvəli barədə məlumat verib.
Prorektor Nəbi Ramazanlı Konfutsi İnstitutunun fəaliyyətini yüksək dəyərləndirib, tələbələrin Çin dilini, mədəniyyətini öyrənmələrinin əhəmiyyətini qeyd edib.
Professor Gülər Abdullabəyova BDU nəzdində Konfutsi İnstitutunun AMEA-da açılmış Çin Dili Mərkəzinin fəaliyyəti barədə məlumat verib, burada Çin mədəniyyəti və çinlilərin adət-ənənələri haqqında tədqiqat işlərinin aparıldığını bildirib.
Daha sonra bir neçə tələbə Çin dilində səlis nitq söyləyib və Çin dilini öyrəndikləri zaman qazandıqları təcrübəni bölüşüblər.
Bu ilin oktyabrında keçiriləcək dünya məktəblilərinin “Çin dili körpüsü” yarışında Azərbaycanı təmsil edəcək Murad Həsənovun tədbirdə Çinin Tay Çi Şan kunq fusunu nümayiş etdirməsi alqışlarla qarşılanıb.
Bu tədris ilində Bakı Dövlət Universiteti nəzdində Konfutsi İnstitutu aşağı, orta və yuxarı səviyyəli Çin dili, HSK hazırlıq, Çin dili qabiliyyəti kursları və mədəniyyət tədbirləri təşkil edəcək.
Çin dili sevərlər və bu dili öyrənməyə maraq göstərənlər tədbirlərdə iştirak etməyə dəvət olunurlar.

Mətbuat və informasiya şöbəsi, 21 sentyabr 2015-ci il.

Xəbərlər

BDU-nun dosenti Məti Bayramlı Qazaxıstan Prezidenti tərəfindən təltif edilib

BDU-nun dosenti Məti Bayramlı Qazaxıstan Prezidenti tərəfindən təltif edilib
30/06/2026

BDU “Breyn-rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub

BDU “Breyn-rinq” üzrə Universitetlərarası Azərbaycan Çempionatının qalibi olub
30/06/2026

BDU və Beynəlxalq Türk Akademiyasının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr etdiyi kitabların təqdimatı olub

BDU və Beynəlxalq Türk Akademiyasının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr etdiyi kitabların təqdimatı olub
30/06/2026