BDU “Orhun” mübadilə proqramı çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

26/02/2024

Bakı Dövlət Universiteti (BDU) Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında ali təhsil sahəsində əməkdaşlığı həyata keçirmək məqsədilə yaradılmış Türk Universitetləri Birliyinin üzvü olan universitetlər ilə “Orhun” mübadilə proqramı çərçivəsində əməkdaşlığa xüsusi önəm verir.

Sözügedən proqram çərçivəsində BDU-nun bir əməkdaşı Qırğızıstanın Türkiyə-Qırğızıstan Manas Universitetində təcrübə mübadiləsində iştirak edib. Hazırda BDU-nun Kimya fakültəsinin tələbəsi Aynur Fərazi Türkiyənin Ege Universitetində, Ege Universitetinin tələbəsi Hazal İşık isə BDU-da təhsilini davam etdirir.

2023/24-cü tədris ilinin payız semestrində “Orhun” mübadilə proqramı çərçivəsində Qırğızıstanın Türkiyə-Qırğızıstan Manas Universitetinin tələbəsi Nurdana Nurbek qızı və Qazaxıstanın Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetinın tələbələri Madiyar Dauletkazy və Dilnaz Tulegenova BDU-da təhsillərini davam etdirib və proqramı uğurla başa vuraraq ölkələrinə geri dönüblər.

Qeyd edək ki, “Orhun” mübadilə proqramı TDT-yə üzv dövlətlərin ali təhsil sahəsində əməkdaşlığını həyata keçirmək məqsədilə yaradılmış Türk Universitetləri Birliyinin üzvü olan universitetlər arasında mübadilə proqramıdır. Proqram çərçivəsində bir semestr ərzində təhsil alan tələbələrin müəyyən xərclərinin tərəfdaş universitetlər tərəfindən qarşılanması nəzərdə tutulur.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026