BDU Pakistanın Mardan Abdul Vali Xan Universiteti ilə əməkdaşlığa başlayır

10/02/2026

Bakı Dövlət Universiteti (BDU) və Pakistan İslam Respublikasının Mardan Abdul Vali Xan Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Mardan Abdul Vali Xan Universitetinin vitse-kansleri Jamail Ahmad imzalayıb.

Memorandum hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu çərçivədə konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurslar və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması planlaşdırılır.

Sənəddə həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik və inzibati heyətin, tələbələrin, magistrantların, doktorantların və tədqiqatçıların qarşılıqlı mübadiləsi kimi məsələlər əksini tapıb.

Əsası 2009-cu ildə qoyulmuş Mardan Abdul Vali Xan Universiteti QS Asiya  universitetləri reytinqində 406-cı yerdə qərarlaşıb.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2026

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2026

BDU-da “Fiziki sistemlərin modelləşdirilməsində süni intellektin rolu” mövzusunda təlim

BDU-da “Fiziki sistemlərin modelləşdirilməsində süni intellektin rolu” mövzusunda təlim
17/11/2026