BDU professorları Ege Universitetində

13/09/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova, İCESCO-nun Biotibbi materiallar kafedrasının müdiri, professor Ülviyyə Həsənova Türkiyənin Ege Universitetinin “EGEHAYMER” Araşdırma Mərkəzində təşkil olunmuş “Davamlı ətraf mühitin monitorinqi üçün bioloji test modelləri” adlı təlimdə iştirak ediblər.

Təlimdə ətraf mühitin monitorinqi üçün müxtəlif bioloji obyektlərin istifadəsi ilə bağlı türkiyəli professorların məruzələri dinlənilib. Türkiyəli alimlər elmdə qəbul edilmiş test obyektləri üzərində laborator şəraitdə ustad dərsi keçiblər.

Biologiya fakültəsinin professorları Ege Universitetinin Fənn fakültəsində olub, fakültə dekanı Dinçer Ayaz, Biologiya fakültəsinin bölüm rəhbəri Kerim Çiçek, Molekulyar biologiya laboratoriyasının müdiri, professor İsmayıl Türkan, professor Ferah Sayım, Esra Ömeroglu və digər alimlərlə  görüşüblər. Görüşlərdə  BDU ilə Ege Universitetinin birgə beynəlxalq layihələr işləməsi, ikili diplomların, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi haqqında müzakirələr aparılıb. Ege Universitetində bu istiqamətdə aparılan işlər barədə məlumat verilib. BDU alimləri molekulyar biologiya laboratoriyası ilə də tanış olublar.

Təlim müddətində Özbəkistan, Qırğızıstan və Qaraqalpaq alimləri ilə də görüşlər keçirilib və birgə əməkdaşlıq istiqamətində müzakirələr aparılıb.

 

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub
22/05/2026

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”
22/05/2026