BDU professorunun məqaləsi nüfüzlu jurnalda dərc olunub

24/09/2021

Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun Türkiyənin Mardin Artüklü Universitetinin professoru Cumalı Kəskin və digər tanınmış alimlərlə birgə həmmüəllifi olduğu “Ənginar bitkisinin (Cynara Scolymus L.) tullantı hissələrindən istifadə olunmaqla gümüş nanohissəciklərin ekoloji / sürətli sintezi və onların sitotoksik və antibakterial fəallıqlarının qiymətləndirilməsi” (“Ecofriendly/Rapid Synthesis of Silver Nanoparticles Using Extract of Waste Parts of Artichoke (Cynara scolymus L.) and Evaluation of their Cytotoxic and Antibacterial Activities”) Web of Science bazasına daxil olan Journal of Nanomaterials (İF: 2.986) jurnalında dərc olunub (“Journal of Nanomaterials”, Volume 2021 | Article ID 2270472 |).

Məqalədə, gümüş nanohissəciklərin ekoloji cəhətdən təmiz olan bioloji üsulla ənginar bitkisinin (Cynara Scolymus L.) istehsal üçün yararsız olan tullantı hissələrindən istifadə olunmaqla sintezindən bəhs edilir. Alınan nanohissəciklərin xüsusiyyəti müxtəlif metodlarla (UV-spektrofotometer, XRD analiz, SEM, TEM, FTIR) araşdırılmışdır. Müəyyən edilmişdir ki, nanohissəciklər 28.78 nm ölçüdə olub, sferik formaya malikdir. Nanohissəciklərin zeta potensialının 16.9 mV və fundamental udma sərhəddinin spektrin 458.8 nm dalğa uzunluğunda olduğu müəyyən edilmişdir. Məqalədə həmçinin, sintez olunmuş gümüş nanohissəciklərinin antibakterial və sitotoksik təsirləri də araşdırılmışdır.

https://doi.org/10.1155/2021/2270472

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024