BDU professorunun məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

04/08/2020

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin professoru Rövşən Xəlilovun həmmüəllifi olduğu “Mapping geographical inequalities in oral rehydration therapy coverage in low-income and middle-income countries, 2000-17” (“Aşağı və orta gəlirli ölkələrdə oral rehidratasiya terapiyasının əhatə dairəsində coğrafi bərabərsizliklərin xəritələşdirilməsi, 2000-17”) adlı məqalə "The Lancet Global Health" Beynəlxalq jurnalında dərc olunub. "The Lancet Global Health" tibb sahəsində dünyanın məşhur və nüfuzlu jurnallarındandır və impakt faktoru 21.597-dir. (2019 Journal Citation Reports®, Clarivate Analytics 2020).

Məqalədə 2000-17-ci illərdə aşağı və orta gəlirli ölkələrdə 5 yaşınadək uşaqlar arasında ölüm faktını azaltmaq üçün fiziki-kimyəvi amil kimi müxtəlif məhlulların müqayisəli təsiri araşdırılıb. Məqsəd həmin ölkələrdə ORS (ağız rehidratasiya məhlulu) və RHF (ev məhlulu) ilə müalicə olunan ishallı uşaqların nisbətlərini qiymətləndirmək və ölkələrdəki coğrafi bərabərsizlikləri araşdırmaqdır. Alınan nəticələr ORS-ın əhatə dairəsində coğrafi bərabərsizlikləri azaltmaqla uşaq ölümü səviyyəsinin dəyişdirilməsinə (aşağı düşməsinə) böyük töhfə verə bilər.

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz:

https://www.sciencedirect.com/science/article/pii/S2214109X20302308


Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026