BDU qida kimyası üzrə mütəxəssis hazırlığına başlayır

24/06/2026

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində 2026/2027-ci tədris ilində ilk dəfə magistratura səviyyəsində “Qida kimyası” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

“Qida kimyası” ixtisaslaşması qida məhsullarının kimyəvi tərkibinin öyrənilməsi, keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi, saxlanması və emalı zamanı baş verən kimyəvi proseslərin araşdırılması, qida əlavələrinin tədqiqi sahələrində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Tədris proqramı çərçivəsində tələbələr qida məhsullarının kimyəvi tərkibinin təhlili, emalı və saxlanması zamanı baş verən kimyəvi dəyişikliklər, qida təhlükəsizliyi və keyfiyyətə nəzarət sistemləri, qida əlavələri və çirkləndiricilərin müəyyənləşdirilməsi, müasir analitik cihaz və laboratoriya metodları, beynəlxalq qida standartları və normativ tələblər üzrə nəzəri və praktik biliklər əldə edəcəklər.

İxtisaslaşmanın əsas məqsədi qida sənayesi, qida təhlükəsizliyi və laboratoriya sahələrində fəaliyyət göstərə biləcək peşəkar mütəxəssislər yetişdirməkdir. Təhsil müddətində tələbələr müasir laboratoriyalarda praktiki bacarıqlar qazanacaq, qida məhsullarının təhlükəsizliyi və keyfiyyətinin qiymətləndirilməsi istiqamətində tətbiqi layihələrdə iştirak edəcəklər.
“Qida kimyası” ixtisaslaşmasının məzunları qida sənayesi müəssisələrində, qida təhlükəsizliyi və sertifikatlaşdırma qurumlarında, analitik və akkreditə olunmuş laboratoriyalarda, ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarında, keyfiyyətə nəzarət və standartlaşdırma sahələrində fəaliyyət göstərə biləcəklər.

Yeni ixtisaslaşma ölkədə qida təhlükəsizliyi sisteminin gücləndirilməsinə, yerli sənayenin inkişafına və beynəlxalq standartlara cavab verən peşəkar kadrların hazırlanmasına mühüm töhfə verəcək.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026