“BDU qocaman müəllimlərin gözü ilə”: Tarix üzrə fəlsəfə doktoru, dosent Azad Rzayevlə görüş

10/05/2024

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyinə həsr olunmuş “BDU qocaman müəllimlərin gözü ilə” layihəsi çərçivəsində Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Rzayev tələbələrə ustad dərsi keçib.

Görüşün moderatoru, BDU-nun tarixi muzeyinin müdiri Günel Orucəliyeva layihənin məqsədindən danışıb. Bildirib ki, Bakı Dövlət Universiteti Azərbaycanda ictimai fikrin formalaşmasında müsbət rol oynayıb, sağlam fikirli və müstəqil düşüncəli gənclərin yetişdirilməsində əvəzsiz xidmətlər göstərib.

Daha sonra Azad Rzayev əyani arxiv materialları əsasında BDU-nun təsis edilməsi, parlamentdə ali məktəbin yaradılması ilə bağlı aparılan gərgin mübarizədən, Universitetin inkişaf mərhələlərindən söz açıb. Bildirib ki, Şərqin ilk mütərəqqi təhsil ocaqlarından olan BDU zəngin tarixi keçmişə malikdir. Azad Rzayev BDU-nun müsəlman Şərqinin yeni tipli ilk ali təhsil müəssisəsi kimi Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu, bu müqəddəs təhsil ocağının vətənpərvər ziyalıların, elm, təhsil və mədəniyyət fədailərinin milli təəssübkeşliyi, əzmkarlığı və mübarizəsi sayəsində yarandığını deyib. Respublikada fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin, o cümlədən Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universitetinin BDU-nun bazasında yaradıldığını bildirən Azad Rzayev qeyd edib ki, Bakı Dövlət Universiteti  yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalı yetişdirib. BDU-nun inkişafında yeni və mühüm mərhələ 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başlayıb. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşib. Ali təhsil ocağının 50 illik yubiley tədbirlərinə Ulu Öndər Heydər Əliyevin şəxsən rəhbərlik etməsi, universitetə daimi qayğısı BDU-nun nüfuzunu daha da artırıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində BDU inkişafının növbəti mərhələsinə qədəm qoyub. Ulu Öndər məzunu olduğu Bakı Dövlət Universitetinə daim xüsusi qayğı göstərib. Bu gün həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. BDU son 20 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Prezidentin müvafiq Sərəncamı ilə 2019-cu ildə BDU-nun 100 illik yubileyi ölkədə və xaricdə qeyd olunub.

Görüş iştirakçıların böyük marağına səbəb olub.

Xəbərlər

Humanizm və həmrəylik bayramı

Humanizm və həmrəylik bayramı
16/06/2024

Azərbaycan xalqının və dövlətinin taleyində dönüş günü

Azərbaycan xalqının və dövlətinin taleyində dönüş günü
15/06/2024

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
15/06/2024