BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

22/05/2026

Bakı Dövlət Universiteti (BDU) Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə yönəlmiş beynəlxalq “Future17” layihəsinə qoşulub. Bununla bağlı olaraq tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Nüfuzlu beynəlxalq reytinq agentliyi olan "Quacquarelli Symonds" (QS)  və İngiltərənin Ekseter Universiteti  tərəfindən birgə həyata keçirilən bu qlobal təşəbbüs dayanıqlı inkişaf sahəsində innovativ həllərin hazırlanması məqsədilə universitetləri, tələbələri və biznes tərəfdaşlarını vahid platformada bir araya gətirir

Layihə çərçivəsində BDU tələbələri beynəlxalq komandaların tərkibində real sosial və ekoloji çağırışların həllinə yönəlmiş layihələrdə iştirak edəcəklər. Bu proses onlara dayanıqlı inkişaf, innovasiya, rəqəmsal texnologiyalar və komanda əməkdaşlığı istiqamətlərində praktiki bilik və peşəkar bacarıqlar qazandıracaq. Bununla yanaşı, tələbələr müxtəlif ölkələrin ali təhsil müəssisələri, beynəlxalq ekspertlər və sənaye tərəfdaşları ilə əməkdaşlıq qurmaq, qlobal akademik və peşəkar şəbəkələrdə iştirak etmək imkanı əldə edəcəklər.

BDU-nun “Future17” layihəsinə qoşulması Universitetin beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsinin artırılması və tələbələrin qlobal çağırışlara uyğun kompetensiyalarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu təşəbbüs BDU tələbələrinə beynəlxalq mühitdə bilik və bacarıqlarını nümayiş etdirmək, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə əməkdaşlıq etmək, eləcə də dayanıqlı gələcəyin formalaşdırılmasına real töhfə vermək üçün geniş imkanlar yaradır.

 

Xəbərlər

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda

BDU-nun əcnəbi tələbələri dekolonizasiya prosesində gənclərin şəhərsalmada roluna dair beynəlxalq konfransda
22/05/2026

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub

BDU QS və İngiltərənin Ekseter Universitetinin birgə təşəbbüsü olan “Future17” layihəsinə qoşulub
22/05/2026

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”

BDU tələbələri arasında məqalə müsabiqəsi: “Professor Nəsir İmanquliyev dərsləri”
22/05/2026