BDU rektoru abituriyentlərlə görüşüb

31/07/2025

Bakı Dövlət Universitetində (BDU) “Açıq qapı” günləri çərçivəsində BDU-nun rektoru Elçin Babayevin abituriyentlərlə görüşü keçirilib.

Rektor bu il sentyabrın 1-də 106 yaşını qeyd edəcək BDU-nun hər daşının tarix olduğunu deyib. O bildirib ki, hər insan uğur hekayəsini özü yazır. Düzgün universitet seçimi uğur qazanmaq üçün əsas mərhələlərdən biridir: “BDU hər zaman uğurlu məzunları ilə fəxr edib. Universitetimizin ən böyük məzunu xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. BDU məzunları içərisində dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri var. İndiyədək BDU ölkəmiz üçün 200 mindən artıq yüksəkixtisaslı mütəxəssis yetişdirib. Bu gün Bakı Dövlət Universiteti beynəlxalq reytinq göstəriciləri ilə yalnız ölkəmizdə deyil, Cənubi Qafqazda birincidir. Bununla bərabər, BDU Azərbaycanda ali təhsil müəssisələrinin flaqmanı kimi bir çox universitetin bazası rolunu oynayıb”.

1919-ci ildə iki fakültə - Tarix-filologiya və Tibb fakültələri ilə fəaliyyətə başlayan Universitetin böyük bir inkişaf yolu qət etdiyini bildirən rektor diqqətə çatdırıb ki, hazırda BDU-da 8-i humanitar, 8-i təbiət yönümlü olmaqla 16 fakültə var. Hazırda BDU-da müasir dövrün və əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar yaradılır, elmi tədqiqatlar aparılır.

Rektor abituriyentlərə uğurlar arzulayıb, onları böyük BDU ailəsinin üzvü olmağa çağırıb.

Sonda rektor Elçin Babayev abituriyent və valideynlərin suallarını cavablandırıb.

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025