BDU rektoru "A-Hub Akselerasiya Proqramı”nın dünya finalı tədbirində iştirak edib

03/06/2024

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev "A-Hub Akselerasiya Proqramı”nın dünya finalı tədbirində iştirak edib. Tədbir 31 may – 3 iyun tarixlərində “Rəqəmsal yaradıcı həftəsonu” (“Digital Creative Weekend”) layihəsi çərçivəsində həyata keçirilir. Bakıda və Şuşada 2-3 iyun tarixlərində keçirilən dünya finalı Mədəniyyət Nazirliyinin dəstəyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), “New Space Open Innovation” və bir çox təşkilatlarla yanaşı, BDU və “Bayramlı Group”un da birgə əməkdaşlığı ilə təşkil edilib. Tədbirdə startap komandaları öz layihələrini təqdim ediblər.

BDU-nun rektoru Şuşada salamlama nitqi ilə çıxış edib. Rektor öz çıxışında yüksək texnologiya və innovasiya əsasında yaradıcı sənayelərin inkişafına həsr olunmuş qlobal akselerator tədbirinə verdikləri dəstəyə görə Mədəniyyət Nazirliyinə və ICESCO-ya minnətdarlığını bildirib. Təşkilatın baş direktoru Dr. Salim M. Əl-Malikin BDU-ya səfərindən danışan rektor bu səfərin əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı inkişaf üçün mühüm mərhələ olduğunu vurğulayıb.

Universitetlər, tədqiqat institutları və sənaye arasında davamlı inkişaf üçün əməkdaşlığın zəruriliyindən danışan Elçin Babayev qeyd edib ki, bu baxımdan BDU həmişə regionda təhsilin, elmin və texnoloji tərəqqinin öncüllərindən olub. O, BDU-da ICESCO ilə əməkdaşlıq çərçivəsində yaradılan Biotibbi materiallar kafedrasında həyata keçirilən fənlərarası qabaqcıl tədqiqatların Universitetin akademik bazasının güclənməsindəki roluna diqqəti yönəldib. Rektor son illər BDU komandalarının “Teknofest” və “Robotex” kimi mötəbər yarışlardakı uğur və nailiyyətlərini xüsusilə qeyd edib.

BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin yaradılması ilə innovativ ideyaların inkişaf edə biləcəyi, təsirli həllər və davamlı inkişafa aparan mühitin formaşdığını diqqətə çatdıran rektor texnologiya və yaradıcı sənayelərin yaxınlaşmasının XXI əsrin çağırışlarının həllində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Yaradılan Mərkəz ağıllı texnologiyaların inkişafı, rəqəmsal yaradıcılığın təşviqi və ya sahibkarlıq istedadının yetişdirilməsi baxımından təsirli innovasiya potensialına malikdir. Elçin Babayev BDU-da bu səyləri dəstəkləyən ekosistemin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib.

Rektor “Startapların və Gələcək İnklüziv Texnologiyaların Önəmi” sessiyasında gələcəkdə davamlılıq, iqtisadi inkişaf və sosial rifah kimi mühüm məsələləri həll etmək üçün innovasiya və yaradıcılığın gücündən kollektiv şəkildə istifadə etmək imkanının təmin olunmasına yönələn bir sıra təkliflərlə çıxış edib, BDU-nun bu işdə yaxından iştirak edəcəyini, bilik mübadiləsi və tərəfdaşlıqların qurulması üçün unikal platformanın zəruriliyini diqqətə çatdırıb. O, birgə Startap İnkubatorunun yaradılması, Sənaye-Universitet tədqiqat tərəfdaşlığının gücləndirilməsi üçün innovasiya mübadilə proqramlarının işə salınması, tələbələr üçün sahibkarlıq düşərgələrinin və inklüziv texnologiya seminarları, təcrübə proqramlarının təşkil olunması, birgə tədqiqat qrantlarının verilməsi, illik innovasiya çağırışlarının elan edilməsi, Universitet-Sənaye Məsləhət Şuralarının yaradılması kimi işlərin əhəmiyyətindən danışıb. BDU-da bu işlərə başlandığını vurğulayan rektor misal olaraq “Bayramlı Group” ilə birgə həyata keçirilən layihələrdə texnoloji nailiyyət və yaradıcı həllərdən istifadə olunduğunu deyib.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2024

BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb
17/10/2024

BDU tələbələri arasında “105 yaşlı elm və təhsil məbədi” mövzusunda esse müsabiqəsi davam edir

BDU tələbələri arasında “105 yaşlı elm və təhsil məbədi” mövzusunda esse müsabiqəsi elan edir
17/10/2024