BDU rektoru Avropa universitetlərinin nümayəndələrini qəbul edib

26/04/2017

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Avropa Komissiyasının TEMPUS proqramı çərçivəsində “Biologiya və Tibbdə virtual laboratoriyaların inkişaf etdirilməsi məqsədilə innovativ mərkəzlərin yaradılması” layihəsində iştirak edən Avropa universitetlərinin nümayəndələrini qəbul edib.
Layihənin koordinatoru, Vestminster Universitetinin İmmunologiya və Mikrobiologiya sahəsi üzrə professoru Piter Lidyard, həmin universitetin Biotibbi elmlər kafedrasının müdiri, professor Gon Merfi, Aquila Universitetinin Kompüter və İnformasiya sistemləri kafedrasının dosenti Giovanni De Qasperis, Sloveniyanın Elmi Vizualizasiya Mərkəzinin əməkdaşı Tomaz Amon və Milli Erasmus plus Ofisinin rəhbəri Pərviz Bağırovun daxil olduğu nümayəndə heyəti ilə görüş zamanı layihənin həyata keçirilməsi zamanı qazanılan uğurlar və yaranan problemlər, eləcə də gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Vestminster Universitetinin koordinatorluğu ilə reallaşan layihədə İtaliyanın Aquila Universiteti, Sloveniyanın Elmi Vizualizasiya Mərkəzi, Fransanın Qərbi Bretan Universiteti, Ukraynanın İvan Franko adına Lvov Milli Universiteti, Odessa Milli Universiteti, Gürcüstanın Javaxişvili adına Tbilisi Dövlət Universiteti, Davit Aqmaşenebeli adına Universitet, o cümlədən Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universiteti iştirak edirlər.
Layihə 2014-cü ildə başlayıb və cari ilin sonunda başa çatacaq. Layihənin əsas məqsədi biologiya və tibb sahələrində virtual laboratoriyanın yaradılmasıdır. Bu məqsədlə BDU-da Mikrobiologiya, İnformatika və İqtisadiyyat kafedralarının əməkdaşlarından ibarət işçi qrupu yaradılıb. Layihə çərçivəsində işçi qrupun üzvləri Fransanın Brest Universitetində və İngiltərənin Vestminister Universitetində 2 həftəlik təlimlərdə iştirak ediblər. Hazırda həmin işçi qrupu mikriobiologiya sahəsində virtual laborastoriyanın yaradılması istiqamətində iş aparır. Bu məqsədlə BDU-ya layihə büdcəsi hesabına xüsusi avadanlıqlar alınıb.
Onu da qeyd etmək lazımdır ki, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Böyük Britaniyanın Vestminster Universiteti ilə əməkdaşlığı 2002-ci ildən başlayıb. Bu, TEMPUS prqramı çərçivəsində həmin universitetlə dördüncü layihədir.

Mətbuat və informasiya şöbəsi, 26 aprel 2017-c il

Xəbərlər

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib
10/12/2024

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub
10/12/2024

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi
10/12/2024