BDU rektoru Böyük Britaniyanın Qlazqo Universitetinin Qlobal əməkdaşlıq üzrə dekanı ilə görüşüb

14/04/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Böyük Britaniyanın nüfuzlu universitetlərindən biri olan Qlazqo Universitetinin Qlobal əməkdaşlıq üzrə dekanı, professor Moyra Bolandla görüşüb.
Rektor Elçin Babayev BDU-nun tarixi, elmi fəaliyyəti və beynəlxalq əlaqələri haqqında  qonağa ətraflı məlumat verib. Universitetdə 16 fakültənin fəaliyyət göstərdiyini qeyd edən Elçin Babayev BDU-da ali təhsilin bütün səviyyələrində 25000-ə yaxın tələbənin təhsil aldığını bildirib. Rektor BDU-nun beynəlxalq əlaqələrində Avropa dövlətləri, o cümlədən Böyük Britaniyanın universitetləri ilə əməkdaşlığa xüsusilə önəm verdiyini vurğulayıb.
Qlazqo Universitetinin Qlobal əməkdaşlıq üzrə dekanı, professor Moyra Boland qəbula görə təşəkkürünü bildirib. Moyra Boland Qlazqo Universitetinin fəaliyyəti, o cümlədən beynəlxalq əlaqələri haqqında məlumat verib, ikitərəfli əməkdaşlığın perspektivlərindən danışıb.
Görüşdə BDU ilə Qlazqo Universiteti arasında təhsilin müxtəlif istiqamətləri üzrə ikitərəfli əməkdaşlığın perspektivləri geniş müzakirə olunub. Qarşılıqlı anlaşma memorandumu əsasında tələbə, o cümlədən akademik və inzibati heyətin mübadiləsinin ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynaya biləcəyi vurğulanıb.

Xəbərlər

BDU-da Azad Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

BDU-da Azad Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
25/04/2025

BDU və Özbəkistanın Nəvai Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Özbəkistanın Nəvai Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/04/2025

BDU-da çiçəkəkmə aksiyası

BDU-da çiçəkəkmə aksiyası
25/04/2025