BDU rektoru: Doktorantlara biri xaricdən olmaqla ikili elmi rəhbər təyin olunması təcrübəsi genişləndirilməlidir

14/01/2016

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya yeni qəbul edilmiş gənc alim və mütəxəssislərlə görüşüb, onları təbrik edərək tövsiyə və tapşırıqlarını verib. Bakı Dövlət Universitetinin dünyanın bir sıra qabaqcıl elm və tədris müəssisələri ilə əməkdaşlıq etdiyini, hər il ümimi məbləği 5-7 milyon ABŞ dolları həcmində olan 80-dan çox yerli və beynəlxalq proqram və qrantlarda iştirak etdiyini deyən rektor, doktorantları bu layihələrə qatılmağa çağırıb. Bu ildən başlayaraq Azərbaycan alimlərinə Tomson Reyter Agentliyinin elmi bazasından istifadə imkanlarının yaradılacağını deyən rektor doktorantlara bu bazadan yararlanmağı məsləhət görüb. Eyni zamanda doktorantların elmi rəhbər məsələsinə toxunan rektor bildirib ki, dünya elminə inteqrasiya, innovativ istiqamətlərin inkişaf etdirilməsi və keyfiyyətin yüksəldilməsi üçün hər bir doktoranta biri xarici ölkədən olmaqla iki elmi rəhbərin və ya məsləhətçinin təyin olunması məqsədəuyğundur. Fakültə dekanlarına və kafedra müdirlərinə bu məsələdə doktorantlara yardımçı olmağı tapşıran rektor qeyd edib ki, ehtiyac yarandıqda təcrübə mübadiləsi və elmi-tədqiqat işi aparmaq üçün doktorantların xarici ölkələrə ezam edilməsi, o cümlədən xarici ölkələrdən olan elmi rəhbərlərin ölkəmizə dəvəti, onların elmi müzakirələrdə və müdafiə proseslərində iştirakları universitet tərəfindən qarşılanacaqdır. Tədbirdə daha sonra BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə, Magistratura və Doktorantura şöbəsinin müdiri professor Afət Məmmədova çıxış edərək doktorantlara lazımi məsləhətlər veriblər.

Mətbuat və informasiya şöbəsi, 14 yanvar 2016-cı il.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026