BDU rektoru “Gənc istedadlar” liseyinin məzunu, Sinqapur Milli Universitetində təhsil alan Nəriman Şirinli ilə görüşüb
19/06/2023
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunu, hazırda Sinqapur Milli Univeristetində (National University of Singapore - NUS) kimya mühəndisliyi ixtisası üzrə təhsil alan Nəriman Şirinli ilə görüşüb.
Rektor qeyd edib ki, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının demək olar hamısı dünyanın və ölkənin aparıcı universitetlərinə qəbul olurlar. Kimya üzrə yerli və beynəlxalq olimpiadaların qalibi Nəriman Şirinli də “Gənc istedadlar” liseyinin fəxri məzunlarındandır.
Rektor Nəriman Şirinlinin təhsili, tələbə həyatı, planları ilə maraqlanıb, ona uğurlar arzulayıb.

Xəbərlər
BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək
BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək
“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”
“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”
BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib
BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib
