BDU rektoru Masallı gəncləri ilə görüşüb

19/05/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Masallı rayon Tarix-diyarşünaslıq muzeyində rayon gəncləri ilə görüşüb.
Gənclərin arzu-istəkləri, təhsilləri ilə maraqlanan rektor onları dövlətimizin maraqlarını qorumaq və ölkəmizin daha da qüdrətlənməsi üçün fəal olmağa çağırıb.
Rektor qeyd edib ki, Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri olub. Ümummilli Lider hakimiyyətdə olduğu illərdə gənclərin inkişafına, təhsilinə böyük qayğı ilə yanaşıb: "Ulu Öndər  ölkəmizi yüksəkixtisaslı kadrlarla təmin etmək üçün minlərlə gənci keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərirdi. Həmin gənclər indi müstəqil dövlətimizin güclənməsi üçün çalışırlar". 
Elçin Babayev bildirib ki, dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf etdirilib. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, dövlətçilik məfkurəsinə, yüksək ideyalara malik gənclər formalaşıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz gənclərimizin torpaq, Vətən sevgilərini bir daha nümayiş etdirdi.
Rektor gənclərə BDU-nun fəaliyyəti, son illər aparılan islahatlar haqqında da məlumat verib, onların suallarını cavablandırıb.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026