BDU rektoru Məşvərət Şurasının üzvləri ilə görüşüb

26/12/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetin Məşvərət Şurasının bir qrup üzvü ilə görüşüb.

BDU-nun rektoru Universitetin qocaman alimlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara işlərində və şəxsi həyatlarında uğurlar arzulayıb.

Rektor 2023-cü ilin Azərbaycan xalqı üçün çox əlamətdar olduğunu qeyd edib. 2023-cü il mayın 10-da Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, BDU-nun ən böyük məzunu Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Rektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının BDU alimləri qarşısında da çox mühüm vəzifələr qoyduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğunu, bu şərəfli ömrün bütün mərhələlərinin öyrənilməsinə böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Daha sonra Məşvərət Şurası üzvlərinin  “Heydər Əliyev İli” ilə əlaqədar təklifləri dinlənilib, BDU-da elm, tədris fəaliyyətinin gedişi müzakirə olunub.


Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026