BDU rektoru Məşvərət Şurasının üzvləri ilə görüşüb

15/10/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun Məşvərət Şurasının üzvləri ilə görüşüb.

Rektor Universitetin qocaman alimlərini son zamanlar BDU-da həyata keçirilən yeniliklərlə tanış edib, infrastrukturun yenilənməsi istiqamətində işlərin davam edəcəyini bildirib.

Elçin Babayev diqqətə çatdırıb ki, BDU dünya və regional reytinqlərdəki mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməyə davam edir. Bunlarla yanaşı, BDU-da “Ekoməkan”, “Tələbə məkanı”, Faydalı qazıntılar muzeyi, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Materialşünaslıq elmi-tədqiqat laboratoriyası, “Ekoenerji məntəqəsi”, Tələbə İnkişaf Mərkəzinin açılışları olub. Hazırda 10-dan artıq tədris laboratoriyasının ən müasir standartlara uyğun yenilənməsi istiqamətində işlər aparılır.

Daha sonra Məşvərət Şurası üzvlərinin BDU-da elm, tədris fəaliyyətinin daha da yaxşılaşdırması ilə əlaqədar təklifləri dinlənilib.

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026