BDU rektoru Məşvərət Şurasının üzvləri ilə görüşüb

29/12/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetin Məşvərət Şurasının bir qrup üzvü ilə görüşüb.

Rektor Universitetin qocaman alimlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara işlərində və şəxsi həyatlarında uğurlar arzulayıb.

Rektor Məşvərət Şurası üzvlərini son zamanlar BDU-da həyata keçirilən yeniliklərlə tanış edib, infrastrukturun yenilənməsi istiqamətində işlərin davam edəcəyini bildirib.

Rektor qalib ölkəmiz və xalqımız üçün 2025-ci ilin çox əlamətdar olduğunu qeyd edib.  BDU kollektivinin il ərzində məhsuldar işlədiyini, uğurlu layihələr və tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkənin ən böyük ali təhsil müəssisəsi olan BDU-nun qarşısına da mühüm öhdəliklər qoyur.

Daha sonra Məşvərət Şurası üzvlərinin BDU-da elm, tədris fəaliyyətinin daha da yaxşılaşdırması və “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar təklifləri dinlənilib.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026