BDU rektoru Məşvərət Şurasının üzvləri ilə görüşüb

30/12/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetin Məşvərət Şurasının bir qrup üzvü ilə görüşüb.

Rektor Universitetin qocaman alimlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara işlərində və şəxsi həyatlarında uğurlar arzulayıb.

Rektor 2023-cü ilin Azərbaycan xalqı üçün çox əlamətdar olduğunu qeyd edib. Azərbaycanın bütün dünyada qalib və qüdrətlənən ölkə kimi qəbul edildiyini bildirib. Rektor “Heydər Əliyev İli”ndə BDU kollektivinin Ulu Öndərin zəngin irsini tədqiq və təbliğ etmək istiqamətində uğurlu layihələr və tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP 29-un Azərbaycanda keçirilməsi barədə qərar verilməsi və Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkənin ən böyük ali təhsil müəssisəsi olan BDU-nun qarşısına da mühüm öhdəliklər qoyur.

Rektor Məşvərət Şurası üzvlərini son zamanlar BDU-da həyata keçirilən yeniliklərlə tanış edib, infrastrukturun yenilənməsi istiqamətində işlərin davam edəcəyini bildirib.

Daha sonra Məşvərət Şurası üzvlərinin BDU-da elm, tədris fəaliyyətinin daha da yaxşılaşdırması və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təklifləri dinlənilib.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025